Naftalan ginekoloji xəstəliklərdə necə tətbiq olunur?
Ginekoloji praktikada Naftalan kiçik çanaq üzvlərinin xroniki iltihablarında və bitişmələrdə, xəstəliyin sakit dövründə təyin edilir.
Ümumi Naftalan vannasından əlavə, həkim Naftalan tamponları və aplikasiyalar yaza bilər. Bu prosedurlar yalnız ginekoloqun müayinəsindən sonra aparılır.
Uroloji problemlərdə, o cümlədən prostatitdə necə kömək edir?
Urologiyada Naftalan müalicəsi əsasən xroniki prostatitdə və digər xroniki iltihabların sakit dövründə tətbiq olunur.
Kursa Naftalan vannası, mikroimalə, maqnitoterapiya və elektroforez daxil ola bilər. Prosedurları uroloq təyin edir.
Kurs neçə gün çəkir?
Ginekoloji və uroloji problemlərdə adətən 10–14 günlük kurs təyin edilir.
Hansı sanatoriyalarda mütəxəssis var?
Nafta sanatoriyasında həm ginekoloq, həm də uroloq qəbul edir. Karvan Naftalan isə bu mütəxəssislərin məsləhətini əlavə xidmət kimi təklif edir.
Kimlərə olmaz?
Xəstəliyin kəskin dövrü, şiş xəstəlikləri, qan xəstəlikləri, aktiv vərəm, ağır ürək çatışmazlığı və hamiləlik zamanı Naftalan müalicəsi təyin edilmir.